manera.az
manera.az

"İstedad Sorağında" adlı kitab kataloq çap olunub

📅 27.07.2024 07:19

"İstedad Sorağında" adlı kitab kataloq çap olunub
Bu günlərdə Ulusararası Aktivist Sənətçilər Birliyinin təşəbbüsü, Aktivist Rəssamlar Assosiasiyasının təşkilatçılığı ilə Dünyanı Sənət Xilas Edəcək layihəsi çərçivəsində yeniyetmələrin əl işlərindən ibarət "İstedad Sorağında" adlı kitab kataloq çap olunub.

MANERA.AZ xəbər verir ki, kitabın məsləhətçiləri Türkiyədən şair-heykəltəraş - Ümit Yaşar İşıkhan və Əməkdar İncəsənət Xadimi- Ziyadxan Əliyevdir.

Nəvai Metinin müəllifi olduğu kitab-kataloqda ölkəmizdən istedadlı yeniyetmələrin rəsm işləri nümayiş olunur.

Kitab-kataloqun əsas məqsədi istedadlı uşaqları üzə çıxartmaq, gələcəkdə onların inkişafında mədəniyyətin rolunu göstərməkdir.

31 iyul 2024-cü il tarixində saat 18:00-da "SEDET-ART" rəsm studiyasında kitabın təqdimat mərasimi keçiriləcəkdir.

Təqdimatda həm də kataloqa qatılan yeniyetmələrin rəsm əsərlərindən ibarət sərgi də təşkil olunacaq.

Sərgi-təqdimata sənətsevərlər dəvətlidir.


Baxış sayı - 797 | Yüklənmə tarixi: 27.07.2024 07:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031