manera.az
manera.az

Yeni nəsil yazarların şeir və hekayələri toplanan kitab nəşr edildi

📅 08.04.2022 14:54

Yeni nəsil yazarların şeir və hekayələri toplanan kitab nəşr edildi
Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin sözü” adlı kitab nəşr olunub.

MANERA.AZ xəbər verir ki, birinci cildində 55 nəfər yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti cildlərinin də çapı nəzərdə tutulub.

“Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsinin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibçiləri DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu, tərtibatçı-dizayneri isə Əli Zeynalovdur.

Kitabın qarşıdakı günlərdə paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarında və gənclər evlərində təqdimatları baş tutacaq.


Baxış sayı - 955 | Yüklənmə tarixi: 08.04.2022 14:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930