manera.az
manera.az

Milli Dram Teatrında yeni tamaşaya daxili baxış - Fotolar

📅 19.07.2024 18:17

Milli Dram Teatrında yeni tamaşaya daxili baxış - Fotolar
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis və...” tamaşasına daxili baxış keçirilib.

Teatrdan MANERA.AZ-a bildirilib ki, səhnə əsəri Bədii Şuranın müzakirəsindən sonra qəbul olunub.

Tamaşanın premyerasının sentyabrda Aleksandrinski Teatrında (Sankt-Peterburq) reallaşması nəzərdə tutulub.

Səhnə əsəri Akademik Milli Dram Teatrında oktyabrın 4-dən 6-dək tamaşaçıların ixtiyarına veriləcək.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Görkəmli dramaturq Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.

Milli Dram Teatrında yeni tamaşaya daxili baxış - Fotolar
Milli Dram Teatrında yeni tamaşaya daxili baxış - Fotolar


Baxış sayı - 341 | Yüklənmə tarixi: 19.07.2024 18:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031