manera.az
manera.az

Bir salam ver hər görəndə.. - Əli Kərimin ilk və son qəzəli

Bir salam ver hər görəndə.. - Əli Kərimin ilk və son qəzəli
Bu gün unudulmaz şair Əli Kərimin vəfatından 55 il ötür.

MANERA.AZ Əli Kərimin Məhəmməd Füzulidən təsirlənərək yazdığı ilk və son qəzəlini təqdim edir:

***
Səndən ayrı min dərdi-qəmü məlamətdir mənə,
Nə xoşam, nə naxoşam, bilməm, nə halətdir mənə.

Min savab eyləyərək bir yol mənə xoş baxıbsan,
Əvəzin çıxmalıyam, bu nə xəcalətdir mənə.

Gözünü dikmə yerə, sən canın, ellər gözəli,
Bircə an görməməyim yüz illik həsrətdir mənə.

Hey keçirsən küçələrdən, niyə sinəm üstdən yox,
Torpaq içində yaxam, gör nə böyük dərddir mənə.

Gah baxırsan çox soyuq, gah da mehriban mənə, yar
Vallahi, baş açmıram necə məhəbbətdir mənə.

Yoxsa ki duymamısan aşiqini, məşuqəm,
Hər dönüb baxmağın bir müsibətdir mənə.

Əliyəm, ağlamaram, sevdiyin varsa, aç, de,
Bir salam ver hər görəndə, bu, səadətdir mənə!

Qeyd: Əli Kərimin təqdim olunan yeganə qəzəlinin üzünü Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor işləmiş Əli Səmədov (1930-2006) köçürərək saxlayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031