Yeni Nəşr: "Qırmızı damlı malikanədə qətl"

İstedadlı gənc yazar Natiq Əliyevin ilk kitabı "Qanun" nəşriyyarında işıq üzü görüb.
Manera.az xəbər verir ki, detektiv janrında yazılmış roman oxucuları qocaman, təcrübəli xəfiyyənin tamah məqsədilə törədilmiş qətllərin üstünü yüksək peşəkarlıqla açma səyahətinə aparır.
Romanın qəhrəmanı, çoxsaylı intriqaların episentrinə qeyri-ixtiyari düşən iki sevən gəncin taleyinə biganə qala bilmir. Böyüklərin acgözlüyünün doğurduğu fəsadlara qurban getmələrinə razı olmayan qəhrəman, soyuq ağlı ilə qərar verərkən öz həssas qəlbinə bəzi güzəştlər edir. Bu incəliklər romanda dərin emosional qatlar yaradır və oxucunu hadisələrin içində saxlayır.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur və detektiv janrının pərəstişkarları üçün əsl tapıntıdır.
"Qırmızı damlı malikanədə qətl" maraqlı süjeti, gərgin hadisələri və gözlənilməz döngələri ilə oxuculara unudulmaz bir oxu təcrübəsi vəd edir.
Qeyd edək ki, kitabın redaktoru Pünhan Şükürdür.
Məhəmməd,
Manera.az