manera.az
manera.az

“Açar” romanı çap olunub

📅 26.06.2024 08:48

“Açar” romanı çap olunub
Yazıçı Natəvan Dəmirçioğlunun son 10 ildə üzərində işlədiyi “Açar” romanı “Təhsil” nəşriyyatında çap olunub.

MANERA.AZ xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibəsi qəhrəmanlarının obrazını yaradan, 44 günlük Vətən müharibəsi və Zəfər lövhələrini realist üslubda təqdim edən proza nümunəsi bədii keyfiyyəti ilə də diqqət çəkir.

Yüksək dizayna və poliqrafik keyfiyyətə malik roman təkcə müharibə ədəbiyyatı nümunəsi deyil, eyni zamanda müasir, psixoloji, oxunaqlı nəsr nümunəsidir.

Obrazlar sistemi real həyatdan götürülən, şəhid və qazilərimizin prototipini yaradan əsərdə hadisələrin fövqündə dayanan Ali Baş Komandan obrazı da diqqət çəkir.


Baxış sayı - 526 | Yüklənmə tarixi: 26.06.2024 08:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031