manera.az
manera.az

Türkiyə, Azərbaycan və ŞKTC arasında parlament əlaqələri gücləndirilir - Foto

Türkiyə, Azərbaycan və ŞKTC arasında parlament əlaqələri gücləndirilir - Foto

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin deputatlarının üçtərəfli işçi görüşü mayın 13-də ŞKTC-nin paytaxtı Lefkoşada keçirilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan, Türkiyə-Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti-Türkiyə parlamentlərarası işçi qruplarının rəhbərlərini və üzvlərini qəbul edib.

Türkiyə, Azərbaycan və ŞKTC arasında parlament əlaqələri gücləndirilir - Foto

Prezident Ersin Tatar çıxışında üç parlamentin dostluq qruplarının Şimali Kipr Türk Cümhuriyyətində bir araya gəlməsini tarixi hadisə adlandıraraq işçi qrupların üzvləri ilə görüşdən məmnunluq duyduğunu, ölkəsinin mübarizəsində “Tək millət, üç dövlət” arzusu ilə yaşadıqlarını vurğulayıb. Şimali Kipr türklərinin çətin anlarında Türkiyənin 1960-cı ildə əldə edilmiş razılaşmada yer alan qarantiya hüququndan istifadə edərək hadisələrə müdaxilə etdiyini xatırladan Prezident Ersin Tatar hazırda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olduğunu vurğulayıb. Şimali Kipr xalqının apardığı mübarizəni Türkiyənin, Azərbaycanın və bütün Türk dünyasının haqlı mübarizəsi adlandıran Prezident parlamentlərarası dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Manera.az xəbər verir ki, müzakirələrdə Azərbaycan tərəfdən Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi Milli Məclisin deputatlarından ibarət qrup iştirak edib.

Müzakirələr zamanı ŞKTC parlamentinin spikeri Zorlu Töre üç ölkənin qarşılıqlı fəaliyyətinin daha da dərinləşdirilməsinə çağırıb. Onun sözlərinə görə, Azərbaycan və digər türk dövlətləri ilə əlaqələr Şimali Kipr Türk Cümhuriyyəti üçün son dərəcə əhəmiyyətlidir.

“ŞKTC-nin tanınması ilə bağlı gələcək səylər üçün möhkəm baza yaratmaq zəruridir”, - Z.Töre deyib.

ŞKTC parlamentinin rəhbəri Azərbaycana tezliklə səfər edəcəyini bildirib və öz ölkəsinin Azərbaycanla daha sıx qarşılıqlı fəaliyyətə hazır olduğunu vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin sözlərindən sitat gətirərək deyib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz - Türk dünyasıdır... Bugünkü görüş Azərbaycan Prezidentinin sözlərinin gerçəkləşməsinə verilən növbəti töhfədir”.

Deputat ümidvar olduğunu bildirib ki, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasından sonra digər türk dövlətləri ilə də analoji qruplar təsis ediləcək.

Deputat Cavanşir Feyziyev də Lefkoşa ilə əməkdaşlığın inkişafı üzrə əməli addımların zəruriliyini vurğulayıb.

“Ümid edirəm ki, hər bir yeni görüşümüz ŞKTC-nin Türkiyə və Azərbaycanla əməkdaşlığının dərinləşməsində növbəti addımların sübutu olacaq", - deyə o qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Prezident İlham Əliyevin həm regionda, həm də beynəlxalq aləmdə yürütdüyü siyasəti alqışlayıb. Onun sözlərinə görə, Azərbaycan dövlət başçısının siyasi xətti bütün Türk dünyasının maraqlarına cavab verir.

"Əminəm ki, ŞKTC ilə yaxınlaşma məsələsində digər ölkələr də Azərbaycanın nümunəsindən faydalanacaq”,- deyə Şamil Ayrım vurğulayıb.

Şəhla Aslan,
Manera.az


Türkiyə, Azərbaycan və ŞKTC arasında parlament əlaqələri gücləndirilir - FotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
252627282930