manera.az
manera.az

KKTC Milli Məclisinin sədri: Türk birliyi təhsil sistemləriylə gücləndirilməlidir

📅 03.05.2024 10:30

KKTC Milli Məclisinin sədri: Türk birliyi təhsil sistemləriylə gücləndirilməlidir

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri Zorlu Töre Qazi Universiteti, Kastamonu Universiteti və Təhsil İdarəçiləri və Ekspertləri Dərnəyinin (EYUDER) birgə təşkilatçılığı ilə Antalyada keçirilən 15-ci “Beynəlxalq Təhsil İdarəedilməsi Forumu”nda iştirak edib.

Forum çərçivəsində azərbaycanlı araşdırmaçı- jurnalist Şəhla Aslana xüsusi müsahibə verən sədr türk dövlətlərinin təhsil sistemlərində birliyin önəmi haqqında fikirlərini bölüşüb. O, Forumda iştirak etməkdən məmnun olduğunu bildirib.

Parlament sədri söhbətinin davamında yeni nəslin formalaşmasında təhsilin mühüm rolu olduğundan bəhs edib, gənclərin milli dəyərlərlə yetişdirilməsinin vacibliyindən danışıb.

O, türk dövlətlərinin təhsil siyasətlərinin mərkəzində Türk birliyinin mədəniyyətin, milli şüurun, türk birliyinin təhsillə daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Sədr bildirib ki, bunun üçün təhsil idarəçiləri mütəmadi olaraq bir araya gələrək təhsil sahəsinə dair layihələr həyata keçirməlidirlər.

Parlamentin sədri müsahibə zamanı Kipr-Türkiyə-Azərbaycan əlaqələrinin əhəmiyyətinə də toxunub. O, Türk millətinin gələcəyinin etibarlı olduğunu vurğulayan söyləyib və Kipr Respublikasına həssas münasibətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Sonda, Zorlu Töre İyunun 5-6-da Azərbaycana gələcəyini, müxtəlif forumlarda iştirak edəcəyini, eyni zamanda yüksək səviyyəli səfərlər edəcəyini bildirib.

Şəhla Aslan,
Türkiyə Antalya


KKTC Milli Məclisinin sədri: Türk birliyi təhsil sistemləriylə gücləndirilməlidir


Baxış sayı - 339 | Yüklənmə tarixi: 03.05.2024 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031