manera.az
manera.az

“Bəla” tamaşasının premyerası olacaq

📅 13.04.2024 13:51

“Bəla” tamaşasının premyerası olacaq
Aprelin 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında “Bəla” adlı səhnə əsərinin premyerası olacaq.

MANERA.AZ xəbər verir ki, tamaşa yazıçı Asif Kəngərlinin 70 illik yubileyinə həsr edilir.

Narkomaniyanın cəmiyyətə vurduğu fiziki, mənəvi və sosial problemləri əhatə edən əsərdə gənclərin zərərli vərdişlərdən uzaq durmağının zəruriliyi və onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılır.

Qeyd edək ki, əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada rolları Xalq artisti Şükufə Musayeva, aktyorlar Orxan Abışov, Sürahi Əliməmmədova, Emin Sevdiməliyev, Cavidan Kəsəmənli, Rasəf Mehdiyev, Nihad Heybətov, Sevinc Ağayeva, Vüsal Məmmədov və Sahib İbrahimov ifa edir.

“Bəla” tamaşasının premyerası olacaq


Baxış sayı - 366 | Yüklənmə tarixi: 13.04.2024 13:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930