manera.az
manera.az

Moskvada Tağıyevin xatirə gecəsi keçiriləcək

📅 12.04.2024 17:42

Moskvada Tağıyevin xatirə gecəsi keçiriləcək
Aprelin 19-da Moskvada Dövlət Şərq İncəsənəti Muzeyində azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinə həsr olunmuş gecə keçiriləcək.

MANERA.AZ xəbər verir ki, gecəni Şərq Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov açacaq.

Tədbirə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nailə Vəlixanlı və direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov onlayn rejimdə qatılacaq və çıxış edəcəklər.

Xeyriyyəçi, ən hörmətli neft maqnatlarından biri, həqiqi dövlət müşaviri Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən məruzələri professorlar Mehman Məmmədov və Andrey Ərəblinski, həmçinin jurnalist və ictimai xadim Azər Cahangirov təqdim edəcəklər.

Moskvada Tağıyevin xatirə gecəsi keçiriləcək


Baxış sayı - 434 | Yüklənmə tarixi: 12.04.2024 17:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930