manera.az
manera.az

Xəyallar aləmində - Nübar Kərimlinin şeiri

Xəyallar aləmində - Nübar Kərimlinin şeiri
Xəyallar aləmində

Dünya yalan deyil, desəm inanma,
Sən hər gördüyünü özüntək sanma.
Dostumdur, dediyin sənə yad olar,
Arxanı dönərsən yüz xəncər saplar.

Həqiqət acıdır, dadmayır heç kim
Mən qarışmayacam, sizindir seçim.
Dedim, bəlkə, şair doğru danışa
Əsərin oxuyub düşərəm başa.

Gəzdim misraları hey addım-addım.
Doğruluq axtardım, ancaq tapmadım.
Sən demə onunda sözləri yalan,
Orda da yalandır qələbə çalan.

Başladım Nizami poemasından
Oxudum İsgəndər, Məcnun, Xosrovdan
Aləmi bəzəyən həmin İsgəndər
Həqiqi dünyanı edirmiş zəhər.

Məcnun sevgisindən ölüb-bitirmiş
Bilməz Leylisini harda itirmiş.
Xosrov qürurundan səhvlər etsə də,
Bəzən yanlış yollar ilə getsə də,

Bəs bunda Şirinin günahı nəymiş?
Necə öyrənək ki, günah kimdəymiş!
Nəsimi insanı ucaltdı ki bax,
Lazımdır hər kəsi bərabər tutmaq.

Tez etiraz etdi yüksək təbəqə
Nəsimi tutulub gərək tez ölə.
Dərisi soyulan suçsuz Nəsimi
Qorumaq istədi sizcə bəs kimi?

Axundov yazdı “Həkimi-Nabatat”
Orda belə hiyləgərlər oldu şad.
Nəcəf bəy yaratdı savadlı cavan
Onu da məhv etdi bu cahil dövran.

Cəlil yaratsa da mükəmməl ana,
Övladlar heç fikir vermədi ona,
Orda komedi, dram, faciə
Ananın qisməti olmuşdu niyə?

Cavid düşünərək yazdı "İblis"i,
İblis də günahkar çıxardı bizi.
Birazcıq sevindim xəyala dalıb,
Dedilər Səsli qız qələbə çalıb.

Nə bilim sonradan yazıb ki, Cavad:
Saranın vətəni “azadmış, azad...”.
Yarın həsrətindən yandı Şəhriyar,
Bir cani əliylə ayrıldı onlar.

Xainlər imzasın atdı vərəqə
Çoxu heç çıxmadı o gün səhərə.
Rəsul yazdı "Qızılgül Olmayaydı"
Kaş Müşfiq kimilər heç solmayaydı.

Əsərin adını qoydular "Bahar"
Bilsən hekayəsin qəlbin soyular
Mənim də canımı, nə durmusan,al
Pisi yox, yaxşını öldürən Cəlal.

Yalanla qol-boyun yalançı dünya
Doğrunu qəlbində yaşadır guya.
Hər şeyi gözünlə gördün, ey şair,
Gəl heç söz açma sən doğruya dair.

Qoy bu fikirlərin qalsın özündə
Doğruları söylə ancaq sözündə.
Əyrilik görməyək düz qələmində,
Şairlərin xəyallar aləmində.

Nübar KƏRİMLİ
Naxçıvan Dövlət Üniversitetinin
İngilis dili ixtisası üzrə
I kurs tələbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031