manera.az
manera.az

“Vətən” kitabı Qubada təqdim olundu - Fotolar

“Vətən” kitabı Qubada təqdim olundu - Fotolar
Qubada şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Ramiz Qusarçaylının eyniadlı poemasının nəşr olunduğu “Vətən” kitabı oxuculara təqdim edilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında keçirilən ədəbi-bədii tədbirdə poema haqqında geniş fikir mübadiləsi aparılıb, əsərdə qəlbi Vətən eşqi ilə döyünən qeyrətli oğul və qızlarımızın fədakar döyüş əzminin təsvir olunduğu haqqında məlumat verilib.

Bildirilib ki, “Vətən” poemasında Azərbaycanın keçdiyi bütün tarixi mərhələlər, bu dövr ərzində baş verən ən mühüm hadisələr, yadelli müdaxilələrə və iç savaşlara qarşı mübarizə səhnələri yer alıb.

Kitabın redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərov, “Ön söz” müəllifi isə tarix elmləri doktoru, professor, şair Şahin Fazildir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, tarix elmləri doktoru, professor, şair Şahin Fazil və başqaları çıxış edərək şairin yaradıcılığından, təqdim olunan “Vətən” poemasındakı əsas məqamlardan söz açıblar.

Ramiz Qusarçaylı 1958-ci il dekabrın 25-də Qubanın Çartəpə kəndində anadan olub. Uşaqlıq illərindən yaradıcılığa başlayan R.Qusarçaylının “Bağban” adlı ilk şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. 17 yaşında ikən Xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü verərək, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edib. 1993-cü ildə bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaradan şair, sonradan həmin məclisin bazasında təsis edilən AYB-in Quba bölməsinin sədri seçilmişdi.

Ramiz Qusarçaylı “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə özəldi yolun, Allah”, “Almalı kitab” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı fotoalbomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Şeirləri ingilis, rus, Ukrayna, fars dillərinə tərcümə edilib, kitabları Rusiya, Ukrayna, İran və Türkiyədə nəşr olunub. 2009-cu ildə Prezident təqaüdünə layiq görülüb.

Şairin ədəbi külliyyatında Vətənimizi tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeirlər xüsusi yer tutur.

“Vətən” kitabı Qubada təqdim olundu - Fotolar
“Vətən” kitabı Qubada təqdim olundu - Fotolar
“Vətən” kitabı Qubada təqdim olundu - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31