Ramiz Rövşənin ingilis dilində şeirlər kitabı nəşr olundu - FOTO
Xalq şairi Ramiz Rövşənin “Özün öz yolunsan...” (“You Are Your Own Way”) adlı şeirlər kitabı “Mütərcim” nəşriyyat evi tərəfindən ingilis dilində çap edilib.
Manera.az xəbər verir ki, şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Tərcüməçi kitaba “Ön söz” də yazıb.
Kitabın üz qabığının rəssamı Tehranda yaşayan tanınmış fırça ustası Ərdəşir Rostami, layihə üzrə məsləhətçi Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlıdır.
44 seçilmiş şeirdən ibarət topluya xalq şairinin müxtəlif illərdə yazdığı məşhur şeirləri, o cümlədən, “Qara paltarlı qadın”(Woman In A Black Dress), “Vətən” (Homeland), “Hirs” (The Anger), “İlan balası”(The Young Snake), “Göy üzü daş saxlamaz”(The Sky Holds No Stone), “Şam”(Candle), “Əllərimin yuvası”(The Nest Of My Hands), “Son görüş”(The Last Meeting), “Azad Qadın heykəli” (Free Woman Monument), “Ölü dəniz” (The Dead Sea), “Nə var Allahdan yuxarı?” (What Is Above God?), “Ayrılıq” (Parting), “Biz şirin yuxudaydıq” (We Were In A Sweet Sleep), “Kölgə” (Shadow), və s. şeirləri daxil edilib. Kitabda Xalq şairi haqqında qısa avtobioqrafik məlumat da verilib.