manera.az
manera.az

Nobel banketi: dünyanın ən maraqlı ziyafəti

Nobel banketi: dünyanın ən maraqlı ziyafəti
Hər il Nobel mükafatçılarının şərəfinə təşkil edilən banket dünyanın ən nüfuzlu və maraqlı ziyafəti hesab olunur. İllərdir banketdə dəmir kimi rituallar qorunub saxlanılır.

MANERA.AZ-ın məlumatına görə, banketin başlama vaxtı İsveç saatı ilə 19:00-dır.

Nə bir dəqiqə tez, nə bir dəqiqə gec.

Hər bir laureat məclisə özü ilə maksimum 16 qonaq dəvət edə bilər.

İsveç kralı banketə "Nobel" almış qadınlardan birinin müşayiətilə gəlməlidir. Həmin il qadın laureat yoxdursa, kral fizika sahəsində mükafat almış şəxsin həyat yoldaşının müşayiətilə məclisə təşrif buyurmalıdır.

Məclis iki şəxsin şərəfinə sağlıqla açılmalıdır. İsveç kralı və Alfred Nobelin şərəfinə sağlıq deyilməlidir. Ardıcıllıq mütləq belə olmalıdır - əvvəlcə kral, sonra Nobelin sağlığına badə qaldırılmalıdır.

Ziyafətdə 1300 qonaq iştirak edir. Stol ətrafında oturan hər qonaq arasındakı məsafə 60 santimetr olmalıdır. Nə az, nə də çox.

Menyu hər il dəyişsə də, masa üzərində mütləq Skandinav mətbəxinin nümunələri olur. Qonaqlara hansı təamların təqdim ediləcəyi möhkəm sirr kimi saxlanılır. Bir dəyişməz ənənə var - desertə mütləq dondurma verilir. Əgər hansısa qonağın ərzaqlardan birinə allergiyası varsa, onun üçün xüsusi yemək hazırlanır.

Qonaqlara 200 ofisiant qulluq edir. Dünyanın ən nüfuzlu ofisiantları bu banketə dəvət alır və bu onlar üçün şərəf sayılır.

Saat 22:15-də məclisin 2-ci, rəqs hissəsi start götürür və gecə saat 2-dək davam edir.

Lent.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031