manera.az
manera.az

Nobel mükafatı almış qadın yazarlar - Araşdırma

Nobel mükafatı almış qadın yazarlar - Araşdırma
Təsis olunduğu vaxtdan indiyədək Nobel mükafatının bütün sahələr üzrə ümumilikdə 823 kişi, 50 qadın laureatı olub.

MANERA.AZ Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş 16 qadın yazarın adlarını təqdim edir.

Selma Lagerlöf

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı isveçli Selma Lagerlöfdür. O, bu mükafata 1909-cu ildə layiq görülüb. Selma Lagerlöf həm də İsveçin ilk qadın yazıçısıdır. Yazıçı bu mükafata parlaq təхəyyül və oxuculara mənəvi təsir gücünə görə layiq görülüb.

Qrasia Deledda

İtaliya yazıçısı Qrasia Deledda insan problеmlərinin dərinliklərinə nüfuz еtməyi bacaran poеtik ruhlu əsərlərinə görə 1926-cı ildə Nobel mükafatına layiq görülüb. İsvеç Akadеmiyasının üzvü Hеnriх Şuk təqdimat nitqində Dеlеddanın təbiət təsvirləri yaratmaqda misilsiz istedad sahibi olduğunu vurğulamış, onun dini dərindən bildiyini, əsərlərinin kədərli, lakin bədbin olmadığını qеyd еtmişdi.

Siqrid Unset

Norveç yazıçısı Siqrid Unset 1928-ci ildə Nobel mükafatına, orta əsrlər Skandinaviya həyatının dolğun təsvirlərinə görə layiq görülüb. O, Norveçin Nobel almış üç yazıçısından biridir. Nobel nitqində isə sadəcə bu sözləri demişdi: “Mənim üçün yazmaq danışmaqdan, həm də özüm haqqında danışmaqdan daha asandır”.

Perl Bak

1931-ci ildə “Yaxşı dünya" adlı kitabına görə Pulitser mükafatına layiq görülən Perl Bak 1938-ci ildə Nobel mükafatı alan ilk amerikalı qadın yazıçıdır. Perl Bakın uşaqlıq illəri Çində keçib. Mükafata da məhz Çin kəndli həyatının obyektiv, dolğun, еpik təsvirinə görə layiq görülüb.

Qabriela Mistral

Çilili şair Qabriela Mistral Nobel mükafatına 1945-ci ildə Latın Amerikasının idealist təşəbbüslərinin simvoluna çevrilmiş ali hisslərin tərənnümünə görə layiq görülüb. İsveç Akademiyasının üzvü Yalmar Qulberq onu "Latın Amerikası ədəbiyyatının şahzadəsi" adlandırmışdı.

Nelli Zaks

Yəhudi əsilli alman yazıçısı Nelli Zaks 1966-cı ildə Nobel mükafatını İsrail romançısı Şmuel Yosef Aqnonla birlikdə alıb. Mükafat ona yəhudi хalqının taleyini tədqiq edən lirik və dramatik əsərlərinə görə verilib. Nelli Zaks Nobel nitqində mükafatı almasını şirin bir xəyala bənzətmişd

Nadin Qordimer

Cənubi Afrika Respublikası ədəbiyyatının görkəmli nümayəndəsi Nadin Qordimer 1991-ci ildə Nobel mükafatına keçdiyi dolğun və bənzərsiz yaradıcılıq yoluna görə layiq görülüb.

Toni Morrison

Afrika və Amerika ədəbiyyatının dünyada təbliği istiqamətində yorulmadan çalışan amerikalı yazıçı Toni Morrison “Sevgili” adlı məşhur romanına görə 1988-ci ildə Pulitser, 1993-cü ildə isə Nobel mükafatına layiq görülüb.

Vislava Şimborska

1996-cı ildə Nobel mükafatına layiq görülmüş Polşa şairi Vislava Şimborskanın poeziyası dünyanın faniliyi, insanların yadlaşması və tənhalığı mövzularını əhatə edir. Vislava Şimborska Nobel mükafatı alması xəbərini istirahət etdiyi Zakopan dağında eşidərkən demişdi: “Çox xoşbəxtəm, amma düzü, gözləmirdim. Qorxuram, bundan sonra əvvəlki kimi rahat həyat sürə bilməyim".

Elfrida Yelinek

Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek 2004-cü ildə cəmiyyətin mənfi meyilləri və hakimiyyətin sosial şablonlarını ifşa edən roman və dramlarının musiqi polifonikliyinə görə Nobel mükafatına layiq görülüb. Şiddətli aqorafobiyadan (evdən kənara çıxmaq qorxusu – red.) əziyyət çəkən yazıçı bu səbəbdən Nobel mükafatının təqdimetmə mərasimində iştirak edə bilməmiş, əvəzində, mərasimdə onun videonitqi nümayiş etdirilmişdi.

Doris Lessinq

İngilis ədəbiyyatının görkəmli nümayəndələrindən olan Doris Lessinq uzun və məhsuldar yaradıcılığı ərzində Avropanın bütün əsas ədəbi mükafatlarını alıb. 2007-ci ildə isə yazıçı epik əsərlərində qadın baxışıyla təsvir olunan ehtiras, şübhə və gələcəyi görmə xüsusiyyətlərinə görə öz zəngin kolleksiyasına Nobeli də əlavə edib.

Herta Müller

Rumıniyada alman əsilli ailədə doğulmuş yazıçı Herta Müller 1999-cu ildə nüfuzlu Frans Kafka mükafatına layiq görülüb.
Şah əsərləri Rumıniyada senzuraya uğradığı üçün Almaniyada nəşr olunub. 2009 -cu ildə Nobel mükafatına layiq görülüb.

Elis Manro

Nobel Komitəsi 2013-cü ildə "müasir qısa hekayə janrındakı ustalığına görə" Elis Manronu Nobel mükafatının qalibi elan edib. Yazıçını “Kanadanın Çexovu” adlandırırlar. Manronun hekayələrində sevgi və ölüm mövzuları qabarıq seçilir.

Svetlana Aleksiyeviç

Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin yaradıcılığının ana xəttini müharibə mövzusu təşkil edir. O, “polifonik yazılarına və dövrümüzün iztirab və mərdlik abidəsini yaratdığına görə” 2015-ci ildə Nobel mükafatına layiq görülüb.

Olqa Tokarçuk

Olqa Tokarçuk Nobel mükafatına 2018-ci ildə layiq görülüb. Şair kimi də tanınan yazıçı Polşanın Nobelə layiq görülmüş beşinci yazıçısıdır.

Anni Erno

2022-ci ildə Nobel mükafatına layiq görülmüş Anni Erno bu ödülü almış ilk fransız qadın yazardır.

Fransa Prezidenti Emmanuel Makron Anni Ernonu təbrik edərkən onu "qadınların və unudulmuşların azadlıq rəmzi" adlandırmışdı.

aydinyol.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728