manera.az
manera.az

Bu universitetin fəaliyyəti dayandırılır

📅 01.03.2024 18:30

Bu universitetin fəaliyyəti dayandırılır
"Naxçıvan" Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.

MANERA.AZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisəsinin builki son kurs tələbələri müvafiq qaydada məzun olacaqlar: "Aşağı kurs tələbələri isə başqa universitetlərə köçürüləcək. Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək".

Qeyd edək ki, Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.



Baxış sayı - 294 | Yüklənmə tarixi: 01.03.2024 18:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031