"Bir dəlinin qeydləri" tamaşasının 30 illiyi qeyd olunub
Fevralın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Nikolay Qoqolun "Dəlinin gündəliyi" əsəri əsasında hazırlanan "Bir dəlinin qeydləri" momotamaşasının 30 illiyi qeyd olunub.
MANERA.AZ xəbər verir ki, ilk dəfə 1994-cü ilin ilin oktyabr ayında Xalq artisti Cənnət Səlimovanın quruluşunda teatrsevərlərə təqdim olunan tamaşada Poprişşin obrazını Əməkdar artist Şövqü Hüseynov canlandırıb.
Tamaşanın nümayişindən əvvəl teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək tamaşanın yaranma tarixindən, qazandığı uğurlardan söz açaraq yaradıcı heyəti təbrik edərək Şövqü Hüseynova teatr rəhbərliyi adından gül dəstəsi təqdim edib. Daha sonra tamaşa nümayiş olunub.
Qeyd edək ki, səhnə əsəri dünyanın bir çox ölkələrində nüfuzlu festivallarda iştirak edib. Şövqü Hüseynov dəfələrlə "ən yaxşı kişi rolu"na görə mükafatlara layiq görülüb.
Tamaşada xırda dəftərxana məmuru Poprişşin öz müdirinin qızına vurulur. Lakin o, getdikcə ağlını itirməyə başlayır. O, gah itlə danışır, gah özünü İspaniyanın kralı zənn edir, gah da gündəliyə “43 aprel 2000-ci il” kimi absurd tarix qoyur. Qeydlərin sonunda o, dəli olur. Tamaşaçı xırda bir məmurun dəli olma prosesinin canlı şahidinə çevrilir.