manera.az
manera.az

Şövqi Hüseynov “Ən yaxşı kişi ifaçısı” nominasiyası üzrə qalib oldu

📅 26.04.2017 16:54

Şövqi Hüseynov  “Ən yaxşı kişi ifaçısı” nominasiyası üzrə qalib oldu


Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçirilən “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edir. Festivalda iştirak edən Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynovun əsas rolu ifa etdiyi N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası aprel ayının 22-də A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş etdirilib.
Bu festival digərlərindən onunla fərqlənib ki, festival tarixində ilk dəfə xarici teatr öz ana dilində tamaşa ilə çıxış edib. Bu yeniliyə isə ADGGT-ı imza atıb. Yenilik festivalın beynəlxalq münsiflər heyəti, iştirakçı teatrlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Yeniliyi aktyorumuz belə izah edib: “Düşünürəm ki, Nikolay Vasilyeviç Qoqolun yaradıcılığını hər kəs bilir və əsərin süjet xətti hamıya çox yaxşı məlumdur”.
Festival yekunlaşmamış artıq ilk mükafatçı məlum olub. Festivalın “Ən yaxşı kişi ifaçısı” nominasiyasına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov layiq görülüb.
Bu gün isə festivalın digər nominasiyalar üzrə qalibləri müəyyənləşəcək.
Məlumat üçün bildirək ki, 17-25 aprel tarixlərində baş tutan “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalı İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir. Festivalda teatrımızla yanaşı, “Sfera” Moskva dram teatrı, Perm Dövlət Gənc Tamaşaçılar Teatrı, A.N.Ostrovski adına Kineşma Dram Teatrı, M.Y.Lermontov adına Rus Dövlət Dram Teatrı, Moskva Yeni Dram Teatrı və başqa teatrlar iştirak ediblər.
Festival çərçivəsində 9 gün ərzində N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış 10 səhnə əsəri nümayiş etdirilib.
Tamaşadan bir parça ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 904 | Yüklənmə tarixi: 26.04.2017 16:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031