manera.az
manera.az

Sabirabadda ilk dəfə kitab sərgisi keçirilib - Fotolar

📅 12.01.2024 15:29

Sabirabadda ilk dəfə kitab sərgisi keçirilib - Fotolar
“Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının birgə təşkilatçılığı ilə "Hophopnamə" Kitab Mərkəzində “İkinci həyat” adlı kitab sərgisi keçirilib.

MANERA.AZ xəbər verir ki, sərgidə "Mücrü" nəşriyyatının nəşr etdiyi yerli və xarici ədəbiyyatlar şərti qiymətlərlə (1-2 manat) satışa çıxarılıb.

Sərginin açılışında Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad rayon İcra Hakimiyyəti başıçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, regionda mütaliə mədəniyyətinin inkişaf etdirilməsində kitab sərgilərinin keçirilməsinin vacib əhəmiyyətindən söz açıblar.

"Mücrü" nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xan da öz növbəsində çıxış edərək, sərginin təşkil olunmasında yaradılan şəraitə görə minnətdarlığını bildirib, “Hophopnamə” Kitab Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Naşir eyni zamanda bildirib ki, "Mücrü" nəşriyyatı tərəfindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi regionda yazıb-yaradan yazıçı və şairlərin seçilmiş əsərlərindən ibarət antologiya nəşr olunacaqdır.

Sərgi kitab və mütaliəni təbliğ edərək populyarlaşdırmaq, ziyarətçilərə həm yerli, həm də xarici yazarların əsərlərini tanıtmaq, nəşriyyatları kitab mərkəzləri ilə əməkdaşlığa təşviq edərək regioanlarda kitab sərgilərinin keçirilməsini adət halına çevirmək məqsədini daşıyır.

Çoxsaylı ziyarətçilərin iştirakı ilə həyata keçirilən sərgi regionda yaşayan əhali tərəfindən böyük marağa səbəb olub.

Sabirabadda ilk dəfə kitab sərgisi keçirilib - Fotolar
Sabirabadda ilk dəfə kitab sərgisi keçirilib - Fotolar


Baxış sayı - 440 | Yüklənmə tarixi: 12.01.2024 15:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930