manera.az
manera.az

Sabirabadda kitab mərkəzi açıldı - Fotolar

Sabirabadda kitab mərkəzi açıldı - Fotolar
Dekabrın 15-də Sabirabad rayon Mədəniyyət Mərkəzində "Hophopnamə” kitab mərkəzinin açılış mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbir çərçivəsində həmçinin əməkdaşların yeni təlim mərkəzi, rəsm və rəqs studiyalarının da açılışı olub.

Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, yazarlar, mədəniyyət xadimləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə qonaqlar “Hophopnamə” kitab mərkəzi, eyni zamanda əməkdaşların yeni təlim mərkəzi, rəsm və rəqs studiyaları ilə tanış olublar.

Qonaqlara mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, kitaba və mütaliə mədəniyyətinin inkişafına olan diqqət və qayğısı nəzərə alınaraq Ulu öndərin 100 illik yubileyinə töhfə kimi yaradılmış “Hophopnamə” mərkəzi respublikada ilk çoxfunksiyalı müasir kitab mərkəzidir.

Burada ilkin mərhələdə “Hədəf”, “Qanun”, “Parlaq imzalar”, “Libra”, “Everest”, “Qədim qala”, “MİMTA” və “RM” nəşriyyatlarının stendləri qurulub, onların çap etdiyi kitablar yer alıb. Həmçinin regionda fəaliyyət göstərən sənətkarların əl işlərindən ibarət stendlər mövcuddur.

Mərkəzdə müxtəlif ədəbi-bədii gecələr, kitab təqdimatları, tanınmış yazıçı, şair, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçiriləcək, ustad dərsləri və oxu günləri təşkil ediləcək.

Qeyd olunub ki, yeni kitab mərkəzi regionda əhaliyə göstərilən mədəni xidmətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynayacaq.

Sabirabadda kitab mərkəzi açıldı - Fotolar
Sabirabadda kitab mərkəzi açıldı - Fotolar
Sabirabadda kitab mərkəzi açıldı - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31