manera.az
manera.az

Dünyanın ən yaxşı 100 mətbəxi - SİYAHI

📅 15.12.2023 12:11

Dünyanın ən yaxşı 100 mətbəxi - SİYAHI
Qastronomiya sahəsində nüfuzlu internet portalı olan “TasteAtlas” 2023-cü il üzrə "ən yaxşı 100 mətbəx" və "ən yaxşı 100 yemək" reytinqini tərtib edib.

MANERA.AZ xəbər verir ki, dünya ölkələri üzrə ən yaxşı mətbəx siyahısında Azərbaycan 77-ci yerdə göstərilib.

Siyahı hazırlanarkən Azərbaycandan Abşeron zəfəranı, qutab, şah plov, narşərab, buğlama və daha 34 təam əsas götürülüb.

“TasteAtlas”a görə, Azərbaycan mətbəxinin ilk “10-luq”da yer alan yeməkləri isə bunlar olub: qutab, lavaş, lüləkabab, Şəki pitisi, pomidor dolması, kətə, manqal salatı, zülbiyə, dovğa, çoban salatı.

Bədnam qonşumuz – Ermənistan isə bizdən öndə - 69 yerdə qərarlaşıb.

Dünya mətbəxlərinin reytinqində İtaliya 1-ci, Yaponiya 2-ci, Yunanıstan 3-cü sıranı tutur.

Qardaş Türkiyə 15-ci sırada göstərilib.

2023-cü ilin ən yaxşı qiymətləndirilən yeməyinə gəlincə Braziliya ətindən hazırlanmıç Picanha 1-ci, Malayziya çörəyi Roti Canai 2-ci və Tayland qızartması Phat Kaphrao 3-cü olub.

Azərbaycan yeməklərindən heç biri "100-lük"də yer almayıb.

Siyahını təqdim edirik:

Dünyanın ən yaxşı 100 mətbəxi - SİYAHI


Baxış sayı - 746 | Yüklənmə tarixi: 15.12.2023 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031