manera.az
manera.az

2023-cü ilin 10 ən yaxşı filmi - Siyahı

📅 05.12.2023 17:18

2023-cü ilin 10 ən yaxşı filmi - Siyahı
“Time” jurnalı 2023-cü ilin 10 ən yaxşı filminin siyahısını təqdim edib.

Siyahını nüfuzlu jurnal üçün kinotənqidçi Stefani Zaxatek hazırlayıb.

MANERA.AZ film.ru-ya istinadən xəbər verir ki, S.Zaxarek siyahının birinci pilləsinə finlandiyalı rejissor Aki Kaurismyakinin “Tökülən yarpaqlar” filmini layiq görüb.

Bu ekran əsəri 2023-cü ildə Kann kinofestivalının münsiflər heyətinin mükafatını qazanıb.

İki tənha insan Helsinkidə görüşür. Onlar ilk və son sevgilərini yaşamaq istəyirlər. Olduqca lirik, dramatik, sentimental bir filmdir.

İkinci yerdə Bredli Kuperin “Maestro” filmidir. Siyahıda liderlər üçlüyünü britaniyalı rejissor Conatan Qleyzerin “Maraqlar zonası” kinolenti qapayır.

TOP-10-da, həmçinin Sofiya Koppolanın “Prissilla: Elvis və mən”, Alisa Vinokurun “Paris haqqında xatirələr”, Selin Sonun “Ötən talelər”, Martin Skorsezenin “Çiçəkli ayın qatilləri”, Kelli Frimonun “Tanrı, buradasanmı?”, Bill Poladın “Vəhşi yuxular” və Ayra Saksın “Passajlar” filmləri də yer alıb.


Baxış sayı - 561 | Yüklənmə tarixi: 05.12.2023 17:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031