Frederik Beqbeder - Məhəbbət üç il yaşayır
MANERA.AZ məşhur fransız yazıçı Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” əsərindən seçmələr təqdim edir.
1. Məhəbbət – döyüşdür. Əvvəlcədən uduzulmuş döyüş.
2. Sərxoş olan zaman əsas odur ki, gözün bir binanı iki görəndə onların arasından düz keçəsən.
3. İnsana bayram ona görə verilib ki, fikirlərini gizlətsin.
4. “Simanı xilas etmək lazımdır”. Mən isə deyirəm ki, simanı öldürmək lazımdır, ancaq bu yolla özünüz xilas olacaqsınız.
5. Əvvəl ehtiras ili, sonra nəvaziş, nəhayət, sıxıntı ili.
6. Birinci il deyirlər: “Əgər sən getsən, özümü öldürərəm”.
İkinci il deyirlər: “Əgər sən getsən, mənə çətin olacaq, ancaq dözərəm”.
Üçüncü il deyirlər: “Əgər sən getsən, bunu şampanla yuyacam”.
7. Birinci il mebel alırlar.
İkinci il mebelin yerini dəyişirlər.
Üçüncü il mebeli bölürlər.
8. Bu üç cümləni tez-tez təkrarlayın:
Xoşbəxlik yoxdur.
Məhəbbət – nağıldır.
Qorxulu heçnə yoxdur.
9. Mənim kimi özlərini uşaqlıqda eybəcər hesab edən oğlanlar adətən, gözəl qızı cəzb edəndə elə təəccüblənirlər ki, ona təklifi, bəlkə də çox tələsik edirlər.
10. Həyat belə qurulub: özünü bir balaca xoşbəxt hiss edən kimi o dərhal sizdən intizam tələb edəcək.
11. Evlilik – böyük fırıldaq, dəhşətli, uşaq kimi aldandığınız ağ yalandı.
12. Əzab çəkənlərə kiminsə yazığı gəlir, ancaq zülm verənlərə yox.
13. Həyatda ən böyük problem sənin verdiyin əzabdır və heç bir təkmil fəlsəfə onu sevən ürəyə əziyyət verən adama bəraət qazandıra bilməz.
14. Nikah – səhər yeməyi, nahar və şama kürüdür: ən sevdiyin yeməyi iyrənənə qədər yeyə bilərsən.
15. Kişi – acgöz heyvandır, həmişə bir neçə variantdan frustrasiyanı seçir. Qadınlar bir qədər hiyləgər olsaydılar, bütün həyatın boyu onların ardınca qaçmağa məcbur etmək üçün ələ keçməzdilər.
16. Mənim məhəbbətim – kiçik hərflərdir, ancaq özü böyükdür; müddəti çox deyil, ancaq əgər varsa, onu bütün varlığınla hiss edirsən.
17. Məhəbbət nəşələndirici qəzadı: bilirsən ki, düz divarın üstünə gedirsən, yenə də qaza basırsan; öz ölümünün üstünə dodağında gülüşlə uçursan; maraqla götürüləcəyin anı gözləyirsən.
18. Məhəbbət yeganə proqramlaşdırılmış məyusluq, əvvəlcədən bilinən yeganə bədbəxtçilikdir ki, onu yenə də istəyirsən.
19. Bir dəfə bədbəxtlik həyatıma girdi, mən də yekə səfeh kimi onu indiyə qədər ordan çıxara bilmirəm.
20. Sizi sevəni sevmək özünə vurğunluqdur. Sizi sevməyəni sevmək - bax bu məhəbbətdir!
21. Səylərini qiymətəndirmək ona görə verilən mükafatdan dəyərlidir – buna məhəbbət deyilir.
22. Hansı pisdir – sevməyib, məhəbbətlə məşğul olmaq, yoxsa sevib məhəbbətlə məşğul olmamaq?
23. Nikah cinayətdir – çünki o sirri öldürür.
24. Xoşbəxt olmaq üçün insanın sabaha inamı olmalıdır, vurulmaq üçün isə məhz inamsızlığı olmalıdır. Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və həyəcan lazımdır.
25. Bu dünyada çox kədər var, ancaq qadının məhəbbətinin ondan getdiyini hiss edən zaman üstünə düşdüyü qəmdən pisini təsəvvür etmək çətindir – özü də yox, bir anda yox, asta-asta, qum saatındakı qum kimi axıb gedir.
26. Qadına çiçəklənmək üçün kişi heyranlığı lazımdır. Gülə günəş lazım olan kimi vacibdir.
27. Əgər arvadın sənə rəfiqən olursa, rəfiqənə də arvadın olmağı təklif etməyin vaxtıdır.
28. Gözəl qızları ovlamaq üçün onlarla danışmağa ehtiyac yoxdur. Özünü elə aparmalısan ki, guya onlar mövcud deyil.
29. Ən yaxşı bayramlar – içimizdə baş verənlərdir.
30. Bir dəfə biz çıxıb gedən qatarlara minəcəyik. (Blonden)
31. Çünki bizim gələcəyimiz yoxdur. Bax gör saniyələr necə bir-birinin ardınca qaçır, onlar bizi bədbəxtçliyə yaxınlaşdırır... Bizim məhəbbət üçün ancaq üç ilimiz var...
32. Qadından siqaret və ətir iyi yox, süd və tər iyi gəlməlidir.
33. Əgər qadın hovuzun yanında saç düzümü korlanmasın deyə saçlarını islatmaqdan qorxursa, ondan uzaq qaçın. Əgər o qəhqəhə ilə suya atılırsa, ardınca tullanın.
34. Sizin üçün vurulmağın ən sadə testi: məşuqən olmadan 4-5 saat keçirəndən sonra darıxırsansa, deməli, bu məhəbbət deyil, əks halda sizə on dəqiqə də bəs idi ki, həyatınız dözülməz olsun.
35. Zil səsli cəsarətli maço anasının dizinin üstündəki körpə kimi şirin danışmağa başlayır. Batıq səsli məşum qadın ərini pişik balası ilə səhv salan şirəli qıza dönür. Bizim məhəbbəti intonasiyalar məhv etdi.
36. Məhəbbət – nəfəslə bağlı problemlərin mənbəyidir.
37. XX əsrdə məhəbbət – zəng çalmayan telefondur.
38. Məhəbbət – yalnız alternativ deyil: əziyyət çəkirsən , ya da əziyyət çəkməyə məcbur edirsən. Hər ikisi də ola bilər.
39. Düşünürümsə - deməli, mövcudam.
Təkəmsə - deməli, düşünürəm. Heç kim təklikdə qalmaq istəmir, çünki bu, düşünmək üçün xeyli boş vaxt deməkdir.
40. Eybəcər qadın olmur, araq az olur.
41. Saçlardan olan pərdənin arxasında gizlənən və naməlum sevinclər vəd edən xam xəyal.
42. Məhəbbət – anlaşılmaz şeydir. Onu başqalarında görəndə, heç nə başa düşmürsən, özündə olanda – lap az başa düşürsən.
43. Bizim məhəbbət çox gözəldir, çünki bu mümkünsüzdür.
44. Nikah – mükəmməllikdən uzaq olan bir institutdur.
45. Biz yer üzündə ona görə yaşayırıq ki, valideynlərimizin yaşadığı hadisələri həmin ardıcıllıqla yaşayaq - eynilə onlar da bizə qədər öz valideynlərinin etdikləri səhvləri təkrarlayıb və beləcə... sonsuzluğa qədər. Ancaq bu ən dəhşətlisi deyil. Daha pisi odur ki – özün mütəmadı olaraq eyni zibilə düşürsən.
46. İnsan nə qədər istedadlıdırsa, bir o qədər yaraşıqlıdır.
47. Bilirsən boşanmanın əsas üstünlüyü nədir? Əlini yuyursan, sabun barmağında qalmır...Nişan üzüyünə görə...
48. Əgər mən ona lazım deyiləmsə, onda mən onu sevmirəm! O MƏNƏ layiq deyil! Bununla da o gic üçün pisdir! Ancaq məndə qürür coşqusu uzunmüddətli olmur – özünü qoruma instikti kifayət qədər inikşaf etməyib.
49. Nə qədər çox aludə olmaq həvəsindəsənsə , hər şey qurtaranda bir o qədər çox məyusluq olur.
50. Bir çoxları boşandığı günün səhərisi keçmiş həyat yoldaşlarına vurulur.
51. Mən tək qalmışam, sədəqə dolu ürəyimlə. (Pol Moran)
52. Qisas – yeməyə yarımayan yeməkdir.
53. Səninlə bədbəxt olmaqdansa, sənsiz bədbəxt olmaq yaxşıdır.
54. Bu cinayətdir – nəhayət, imkan düşdüyü halda xoşbəxt olmamaq üçün tələsməmək!
55. Xoşbəxtlik dərddən çox qorxudur...
56. Xoşbəxtlik – elə bir müdhiş kələkdir ki, əgər özünüz ondan partlamasanız, onda o sizdən minimum iki-üç qətl tələb edəcək.
57. Məndə qadınlarla uşaqdan yaxşı nəsə alınır: mən onlardan dünyaya kitab gətirirəm.
58. Kişi qadınsız vəhşiləşir: bir neçə gün tənhalıq – o artıq üzünü qırxmır, yuyunmur, heyvan kimi mırıldayır.
59. İnsanın sivil olması üçün bir neçə milyon il lazım oldu, ancaq neandertal vəziyyətə qayıtmaq üçün altı gün bəs edir.
60. Məhəbbətin əbədi yaşaması üçün vaxtı unutmaq kifayətdir.
61. Biz özümüzü qorumaq üçün divarlar ucaldırıq və bu divarların özləri nə vaxtsa həbsxana olacaq.
62. Əgər diş pastasını başqa diş firçasına sıxırsansa, sən doğrudan da vurulmusan.
63. Əgər dərd məktəbini keçməsən, xoşbəxtlik möhkəm ola bilməz.
64. Mən bilmirəm keçmiş mənim üçün nə hazırlayıb. (Saqan)
65. Xoşbəxtlik – bədbəxtliyin susmasıdır.