Məhəbbət gözəl bir yalandır - Rus ədiblərindən sitatlar
Manera.az görkəmli rus ədiblərindən məşhur sitatlar təqdim edir:
ANTON ÇEXOV
***
“Universitet illəri bizdə olan bütün qabiliyyətləri üzə çıxarır, o cümlədən səfehliyi də”.
***
“Əla bir gündür: gedim bir çay içim, yoxsa özümü asım?”
***
“Arvadla Parisə getmək – Tulaya samovarla getmək kimi bir şeydir”.
***
“Elələri var ki, yalnız müdrik və yaxşı sözlər deyir, amma sən ürəyinin bir yerində düşünürsən ki, onun başı çatmır”.
***
“Əgər biri nə çəkir, nə də içirsə, istər-istəməz düşünməli olursan: görən, o, yaramaz adam deyil ki?”
***
“Əgər kimsə həyata uyğunlaşa bilmirsə, onun məmur olmaqdan başqa əlacı qalmır”.
***
“Yer üzündə elə bir bədheybət məxluq yoxdur ki, özünə bab birisini, elə bir mənasız əsər yoxdur ki, özünə bab oxucusunu tapmasın”.
***
“Araq özü ağ olsa da, adamın burnunu qızardıb nüfuzunu qaraldır”.
***
“Həyatın nə olduğunu soruşursan? Yaxşısı budur, çuğundurun nə olduğunu soruşasan. Çuğundur, elə çuğundurdur, vəssalam”.
***
“Həyat mahiyyəti etibarilə sadə bir anlayışdır. İnsan onu korlamaq üçün gərək xeyli səy göstərə”.
ALEKSANDR PUŞKİN
***
“Cavabsız məhəbbət insanı alçaltmır, ucaldır”.
***
“Məhəbbət – insanın könüllü təslim olduğu gözəl bir yalandır”.
***
“Mən, əlbəttə, vətənimə qarşı təpədən-dırnağacan kinliyəm, amma hansısa bir əcnəbinin bu hisslərimə şərik olmasını istəməzdim”.
***
“Nəciblik ağılın göstəricisi deyil. Səfehlər, hətta dəlilər də həddən artıq nəcib insan ola bilər”.
***
“Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdir və sonra hər ikisini cəzalandır”.
***
“Uşaqlarımız – bizim qocalığımızdır”.
***
“Tərcüməçilər – maarifçiliyin çaparlarıdır”.
***
“Başqasını mühakimə etmək çətin deyil, özünü mühakimə etmək isə müşkül məsələdir”.
MİXAİL BULQAKOV
***
“Yalnız heç hara tələsməyənlər hər yerə çatır”.
***
“Nə qədər ki hakimiyyət mədəniyyətə qarşı müxalifətdədir, yazıçı hakimiyyətə qarşı müxalifətdə olacaq”.
***
“Sovet Rusiyasının ucsuz-bucaqsız söz düzənliyində mən yeganə ədəbiyyat canavarı idim. Məsləhət gördülər ki, dərimi rəngləyim. Səfeh məsləhət idi: hətta rənglənmiş, yaxud tükü qırxılmış canavardan da pudel yarada bilməzsən. Məni canavar kimi qəbul etdilər və uzun illər dörd bir tərəfdən çəpərə alınmış ədəbiyyat bağçasında ora-bura qovdular. Heç kimə qarşı kinim yoxdur, amma çox yorulmuşam”.
***
“Birdəfəlik anlayın ki, söz həqiqəti gizləsə də, göz açıb deyəcək”.
***
“Heç vaxt heç nə istəməyin – ələlxüsus da sizdən güclü olanlardan. Özləri təklif edib özləri verəcəklər”.
ALEKSANDR BLOK
***
“Həqiqət nə qədər ağır olsa da, bütün dəyərlərin ən yüngülüdür”.
***
“Bəşəri olanlara nifrət, milliliyin gücünü bilməməkdən və duymamaqdan yaranır”.
***
“Hər bir insanda həmişə bir-biriylə döyüşən və heç də həmişə ləyaqətlə qalib gəlməyən bir neçə insan cəmləşib. Amma çox vaxt mümkünsüzü mümkün edən həyatın özü olur”.
***
“Gülüşümüzə qulaq asmayın, onun arxasındakı kədəri eşidin”.
***
“Ən mürəkkəb, ən zərif və ən həzin musiqi aləti insanın ruhudur”.
NİKOLAY QOQOL
***
“Rus insanına ən azı məramına görə minnətdar olmaq lazımdır”.
***
“Heç nədən qorxmayan insan da məsxərəyə qoyulmaqdan qorxur”.
***
“Əgər rusların cəmi bir kəndi qalsa belə, Rusiya yenidən dirçələcək”.
***
“Artıq bütün dünya bilir ki, İngiltərə tütün iyləyəndə, Fransa asqırır”.
***
“Çətin ki yaratmaq həzzindən böyük həzz olsun”.
***
“Başqalarını öyrədə-öyrədə özün də öyrən”.
***
“Rus adamının onu hər şeydən təcrid edən amansız, təhlükəli bir düşməni var. Bu düşmənin adı tənbəllikdir”.
***
“İnsanın hər şeyə görə özünə borclu olmasından gözəl hiss yoxdur”./aydinyol.az/
MANERA.AZ