manera.az
manera.az

"Sevgidən zövq al" - Con Steynbekin oğluna məktubu

"Sevgidən zövq al" - Con Steynbekin oğluna məktubu
MANERA.az Amerikalı məşhur yazıçı Con Steynbekin oğluna məktubunu təqdim edir:

Əziz Tom,

məktubunu bu səhər aldıq. Mən nə düşündüyümü yazıram, Eleyn (Tomun anası – red.) nə düşündüyünü özü sənə yazacaq.

Əvvəla, əgər aşiq olmusansa, bu, dünyada insanın başına gələ biləcək ən gözəl hissdir. Heç kimin bu dəyəri sənin gözündə alçaltmasına imkan vermə.

İkincisi, bir neçə cür sevgi hissi var. Onlardan biri öz məqsədləri üçün sevgidən istifadə edən eqoist, amansız və acgöz hissdir. Bu, sevginin ən iyrənc və alçaq növüdür.

Sevgi də var ki, insana öz varlığında mehribanlıq, diqqət, hörmət kimi ən gözəl keyfiyyətləri aşkarlamağa imkan verir. Birinci səni xəstə, hörmətsiz və zəif eləyə bilər, ikinci isə içində özünün də bilmədiyin gücü, qüdrəti, mərhəməti, hətta müdrikliyi ortaya çıxarar.

Düşünmürəm ki, məndən indi sənin hiss elədiyini söyləməyimi istəyirsən. Özün bunu başqalarından daha yaxşı bilirsən. Hər halda məndən dəstək istəyirsənsə, sənə bunları deyə bilərəm.

Sevgidən zövq al, sevin və bu hissinə minnətdar ol. Sənin sevgi obyektin dünyanın ən gözəli və ən yaxşısıdır. Çalış, ona layiq olasan.

Əgər kiməsə aşiqsənsə, bunu etiraf eləməkdən çətin şey yoxdur. Amma yadında saxla ki, bəzi adamlar çox utancaqdır və həmişə bununla hesablaşmaq lazımdır.

Qızlar qarşı tərəfin nə hiss elədiyini yaxşı anlasalar da etirafı, sənin öz dilindən eşitmək istəyirlər.

Bəzən hisslərin müxtəlif səbəblərdən qarşılıqsız ola bilər, amma bu, heç də o hisslərin dəyərini azaltmır.

İndi sənin nələr yaşadığını yaxşı anlayıram və çox sevinirəm ki, oğlum aşiq olub.

Biz Süzenlə görüşə çox şad olacağıq və onu məmnuniyyətlə qəbul edəcəyik. Anan nə lazımdısa, edəcək. Onun sevgidən yaxşı başı çıxır və bəlkə də, sənə məndən daha çox köməyi dəyə bilər.

Səhvlərdən narahat olma. Əgər doğru yoldasansa, yanlışların da olacaq. Əsas odur ki, tələsməyəsən. Yaxşı hər şey vaxtında gəlir.

Sevgiylə, atan.

10 noyabr, 1958-ci il
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031