manera.az
manera.az

Sən hər dəfə başqasan - Xulio Kortasarın şeirləri

Sən hər dəfə başqasan - Xulio Kortasarın şeirləri
Manera.az Xulio Kortasarın şeirlərini təqdim edir:

Danışın, üç dəqiqə vaxtınız var

Səni bircə anlıq da olsa əlimdə hiss etmək üçün
yerdəki çiçəyi dərdim,
dolunayın əksi düşən quyuya boylanıb baxmaq üçün
bir şüşə "Bojole" içdim
və evə qayıtdım
və qızılı yarıqaranlıqda pencəyimi çıxardırmış kimi
dərimi soyunuram əynimdən
və həddindən artıq yaxşı bilirəm
dünyanın ən çox adam yaşayan şəhərinin ortasında
tənha qalacağımı.

Buranın soyuq olduğunu,
yağış damcılarının
kofe fincanıma düşdüyünü
və kif atmış əllərimin rütubətinin hər yerə yayıldığını
öyrənəndə mənim zarıldamağımı bağışlayacaqsan.

Bağışlayacaqsan, axı başqa şeylər də bilirsən:
həmişə sənin haqda fikirləşirəm,
elə bil idarə olunan oyuncağam
və ya titrətməyə tutulmuş xəstəyəm
ya da qələndərəm
tutduğum göyərçini tumarlayıram
barmaqlarımın lələklərə necə təmas etdiyini hiss edərək.

İnanıram: sənin yoxluğumu hiss etdiyini
hiss edirsən,
çox güman, mənim dərdiyim çiçəkdən dərmisən sən də
və indi evə qayıtmısan,
hə, dəqiq qayıtmısan
və biz artıq tənha deyilik,
biz artıq vahid çiçəyin ləçəyiyik.

An

Əgər saçlarınla üzün sənin üçün qiymətlidirsə,
onda məndə qal.
Axı bilmirsən,
dənizin qayıdıb səni batıracağını.
Hər təəssürat, hər sima sənin simanda iz qoyur,
hər ad vurulmuş qartal kimi
adının üstünə düşür.
Sən - Senanın ovusan, necə xilas edim səni,
Pikassonun qadınları sığallarıyla səni öldürürsə?!
Hər səhər duranda sənin haqda fikirləşirəm,
sən hər dəfə başqasan,
sənin simanı tapmaq istəyirəm,
portretlərdə axtarıram sənin simanı,
yağışlı gecədə qollarım arasında olanda necəydisə,
o simanı axtarıram.
Yox, özünü məhv etməyə icazə verməyəcəksən,
məğlub olmayacaqsan!
Mən mübarizə aparıram,
mən ağacam,
amma axı sən quş deyilsən
və mən nə edə bilərəm
qəfildən qalxan və sənin nəğməni aparan külək
səni də aparsa?!

Tərcümə edəni: Həmid PiriyevБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031