manera.az
manera.az

Çexovun Qorkiyə məktubu: O, sizi çox təriflədi

📅 11.12.2023 18:45

Çexovun Qorkiyə məktubu: O, sizi çox təriflədi
MANERA.AZ Anton Çexovun Maksim Qorkiyə məktubunu təqdim edir.

“Maksim Qorkiyə.

Əzizim Aleksey Maksimoviç, Sizdən xəbər-ətər yoxdur.

Haradasınız? Nə iş görürsünüz?

Üç gün əvvəl L.N.Tolstoygildə idim. O, sizi çox təriflədi və dedi ki, siz çox gözəl yazıçısınız.

Sizin “Yarmarka” və “Çöldə” hekayələriniz onun xoşuna gəlir, “Malva” isə yox.

O dedi: “Psixologiyadan başqa hər şeyi quraşdırmaq olar. Qorkidə isə psixoloji qondarmalara rast gəlirik. O, duyub yaşamadıqlarını təsvir edir”.

Bax, belə! Tolstoy sizin haqqınızda məni çox sorğu-suala tutdu.

O, sizinlə çox maraqlanır. Görünür, o mütəəssir olmuşdur.

Cümə axşamı “Qağayı”nın qapalı tamaşası olacaqdır.

Gələsi olsanız, Sizə yer verərəm”.

Sizin A.Çexov. 25 aprel 1899, Moskva".


Baxış sayı - 350 | Yüklənmə tarixi: 11.12.2023 18:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031