manera.az
manera.az

Arif Babayevə Prezidentin fəxri diplomu təqdim edilib - FOTO

📅 25.10.2023 07:13

Arif Babayevə Prezidentin fəxri diplomu təqdim edilib - FOTO
Xalq artisti Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Bu barədə MANERA.AZ-a-Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.

Nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu bildirib.

Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.

Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Arif Babayevə Prezidentin fəxri diplomu təqdim edilib - FOTO
Arif Babayevə Prezidentin fəxri diplomu təqdim edilib - FOTO


Baxış sayı - 465 | Yüklənmə tarixi: 25.10.2023 07:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930