manera.az
manera.az

Bir qrup mədəniyyət xadiminə fəxri adlar təqdim edildi - Fotolar

📅 18.10.2022 10:50

Bir qrup mədəniyyət xadiminə fəxri adlar təqdim edildi - Fotolar
Oktybarın 17-də Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi baş tutub.

MANERA.AZ xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

Anar Kərimov təltif edilən incəsənət xadimlərini təbrik edib: "Mənim üçün fəxrdir ki, mədəniyyətimizə töhfə verən şəxslərlə təmasda olur, onlara mükafatlarını təqdim edirəm".

Daha sonra mükafatlar təqdim edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət ordeni”, “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu”, “Dövlət qulluğunda fərqlənmə”, “Tərəqqi” medalı, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub.

Mükafat alanlar ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Bir qrup mədəniyyət xadiminə fəxri adlar təqdim edildi - Fotolar
Bir qrup mədəniyyət xadiminə fəxri adlar təqdim edildi - Fotolar


Baxış sayı - 420 | Yüklənmə tarixi: 18.10.2022 10:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930