manera.az
manera.az

Vidadi Babanlıya “Şərəf” ordeni təqdim edilib

📅 30.04.2022 16:59

Vidadi Babanlıya “Şərəf” ordeni təqdim edilib
Mədəniyyət naziri Anar Kərimov aprelin 28-də Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış yazıçı Vidadi Babanlını evində ziyarət edib.

Nazir Vidadi Babanlını 95 illik yubileyi, həmçinin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə dövlət başçısının müvafiq sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Yazıçının Azərbaycan ədəbiyyatına töhfələrinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan Anar Kərimov “Şərəf” ordenini ona təqdim edib.

Vidadi Babanlı ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda nazir Anar Kərimov Vidadi Babanlı ilə xatirə şəkli çəkdirib.

Vidadi Yusif oğlu Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. Yazıçı “Vicdan susanda”, “Ana intiqamı”, “Ömürlük cəza”, “Gəlin”, “İnsaf nənə”, “Müqəddəs ocaq” və s. geniş oxucu kütləsinin rəğbətini doğuran əsərlərin müəllifidir.

Prezident İlham Əliyev yanvarın 8-də Vidadi Babanlını “Şərəf” ordeni ilə təltif edib.


Baxış sayı - 747 | Yüklənmə tarixi: 30.04.2022 16:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031