manera.az
manera.az

Koelyonun məşhur romanı əsasında film çəkiləcək

📅 09.10.2023 12:11

Koelyonun məşhur romanı əsasında film çəkiləcək
“Legendary Entertainment” şirkəti “Sony TriStar Pictures” ilə birgə görkəmli braziliyalı yazıçı Paulo Koelyonun bütün dünyada populyar olan “Əlkimyagər” romanını ekranlaşdırıcaq.

Bu barədə MANERA.AZ xarici KİV-lərə istinadla xəbər verir.

Milyonlarla oxucunun sevgisini qazanan roman əsasında filmin ssenarisi üzərində yazıçı və ssenarist Cek Torn işləyəcək («Qaranlıq başlanğıclar”, “Enola Holms”).

“Əlkimyagər” romanı Misirdə böyük xəzinələrin tapılacağını yuxuda gördükdən sonra Misirdəki piramidalara yollanan gənc əndəlus çobanı Santyaqodan bəhs edir. Roman ilk dəfə 1988-ci ildə nəşr olunub və dünya bestselleri olub.

Koelyonun məşhur romanı əsasında film çəkiləcək


Baxış sayı - 502 | Yüklənmə tarixi: 09.10.2023 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930