manera.az
manera.az

Kosmosda bədii film çəkiləcək - İlk dəfə

📅 04.11.2020 07:47

Kosmosda bədii film çəkiləcək - İlk dəfə
Kosmosda ilk dəfə bədii film çəkiləcək və baş rolu qadın aktrisa canlandıracaq.

Manera.az xəbər verir ki, bu barədə Rusiyanın “Birinci kanal”ı məlumat yayıb.

Məlumatda bildirilib ki, filmin prodüserləri süjetin maraqlı olması üçün belə qənaətə gəliblər. Filmin yaradıcıları əvvəlcə iki ssenari hazırlayaraq kişi və qadınlar arasında müsabiqə keçirməyi nəzərdə tutmuşdular. Lakin onlar yekunda filmdə qadının baş rolda çəkilməsinə üstünlük veriblər.

“Çağırış” adlı kosmik dram “Roskosmos”, “Birinci kanal” və “Yellow, Black and White” studiyasının birgə layihəsidir.

Çəkilişlər 2021-ci ilin payızında Beynəlxalq Kosmik Stansiyasında aparılacaq.

Yaxın vaxtlarda “Birinci kanal” baş rolda çıxış edəcək aktrisanı və onun dublyorunu seçmək üçün qadınlar arasında müsabiqə elan edəcək. Müsabiqənin qalibi əvvəlcə “Roskosmos” uçuş komissiyasından, sonra isə kosmonavtlar məktəbində təlimdən keçməli olacaq.


Baxış sayı - 722 | Yüklənmə tarixi: 04.11.2020 07:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031