manera.az
manera.az

Aşıq Ələsgərin abidəsi hazırlandı - FOTO

📅 26.09.2023 11:25

Aşıq Ələsgərin abidəsi hazırlandı - FOTO
Aşıq Ələsgərin heykəlinin bürüncdən tökülməsi prosesi başa çatıb.

MANERA.AZ xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Rəssamlar İttifaqı nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bundan sonrakı proses abidənin lazımi yerdə ucaldılmasıdır: "Bunun üçün də Mədəniyyət Nazirliyinə məlumat verilib".

Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.

Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.

Aşıq Ələsgərin abidəsi hazırlandı - FOTO


Baxış sayı - 412 | Yüklənmə tarixi: 26.09.2023 11:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31