manera.az
manera.az

Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq - SƏRƏNCAM

📅 30.11.2021 10:46

Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq - SƏRƏNCAM
Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.

Manera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hazırda ölkəmizdə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi silsilə tədbirlərlə qeyd edilir.


Baxış sayı - 525 | Yüklənmə tarixi: 30.11.2021 10:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930