manera.az
manera.az

Seyfəddin Dağlının romanı təqdim edilib - Fotolar

Seyfəddin Dağlının romanı təqdim edilib - Fotolar
Sentyabrın 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Seyfəddin Dağlının “Gəcil qapısı” romanının təqdimatı keçirilib.

Kitabxanadan MANERA.AZ-a bildirilib ki, tədbirdə əsər haqqında geniş məlumat verilib.

Kitabxananın direktoru Aslan Cəfərov Azərbaycanın tanınmış yazıçısı, görkəmli publisist, ictimai xadim Seyfəddin Dağlının zəngin ədəbi-bədii irsi ilə ədəbiyyat tariximizdə silinməz iz qoyan təkrarsız simalardan biri olduğunu söyləyib. Onun ədəbi irsinin çox zəngin olduğunu vurğulayaraq, yazıçının keşməkeşli ömrünü xalqının, dövlətinin maariflənməsinə həsr etdiyini, öz peşəkar, kəskin qələmi ilə dövrünün çatışmamazlıqlarını, haqsızlığını, qanunsuzluğunu əsərlərində açıq şəkildə ifadə etdiyini bildirib.

Cəfər Cabbarlının ev-muzeyinin rəhbəri Qəmər Bağırova atası Seyfəddin Dağlının çoxşaxəli yaradıcılığından söhbət açaraq, dramaturqun yaratdığı obrazları, bədii qəhrəmanları həyatdan, xalqın içərisindən götürdüyünü və bu obrazların hər birinin yüksək peşəkar bədii təxəyyül ilə canlandırıldığını söyləyib. Təqdimatı keçirilən “Gəcil qapısı” romanının Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına həsr edildiyini və kitabda Arazın o tayındakı qardaş və bacılarımızın ağır həyatından, onların mürəkkəb taleyi, çətin güzəranı və mübarizə yollarından bəhs edildiyini bildirib.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Dövlət Tərcümə Mərkəzinin əməkdaşları - redaktor-tərcüməçi İlqar Əlfioğlu, şöbə müdiri, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəhbəri İbrahim Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Məlikzadə Xanımbacı, Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin direktoru Həcər Rəsulova və başqaları çıxış edərək Seyfəddin Dağlının həyat və yaradıcılığından danışıb, təqdimatı keçirilən əsərin məziyyətlərindən söhbət açıblar.

Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi Bəhlul Abbasov atası-Seyfəddin Dağlının yaradıcılığı ilə insanlara təbəssüm bəxş edən, əsərlərində bir tərəfdən oxucuya yüksək əxlaqi insani keyfiyyətləri, vətənpəvərlik hissini, xeyirxah əməlləri aşılayan, digər əsərlərində isə cəmiyyətdə mövcud olan çatışmazlıqları ifşa edən, yad ünsürləri özünün satirik tərzi ilə tənqid və gülüş hədəfinə çevirən görkəmli dramaturq olduğunu söyləyib.

Təqdimat mərasimində kitabxana əməkdaşları tərəfindən hazırlanan “Sözün hikmətinə dəyər verən sənətkar-Seyfəddin Dağlı” adlı videomaterial nümayiş olunub.

Qeyd edək ki, tədbir “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsi çərçivəsində baş tutub.

Seyfəddin Dağlının romanı təqdim edilib - Fotolar
Seyfəddin Dağlının romanı təqdim edilib - Fotolar
Seyfəddin Dağlının romanı təqdim edilib - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031