manera.az
manera.az

Cəfər Cabbarlı haqda film çəkilib

Cəfər Cabbarlı haqda film çəkilib
Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlı haqda film hazırlanıb.

MANERA.AZ xəbər verir ki, “Sabah” Yaradıcılıq Studiyasının “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu film “Cəfər Cabbarlı: azad bir ruh” adlanır. Filmin adı seçilərkən görkəmli dramaturq, şair C.Cabbarlının “Azad bir quşdum” misrasından bəhrələnib.

Filmdə Cəfər Cabbarlının ölümündən qabaq teatrdan küsdürülməsi, bundan sonra heç nə yazmamasına qərar verməsi, tanış simalar tərəfindən izlənilməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl Müşfiqlə rastlaşır, ona teatrda başına gətirilənləri, ittiham edilməsini, izlənilməsini danışır.

Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı şəkildə verilib, faktlar həm onların dilindən, həm də sənədli formada təqdim edilib.

C.Cabbarlının ev-muzeyi qəzalı vəziyyətdə olduğu üçün filmin çəkilişləri binanın içərisində yox, ətrafında baş tutub. Digər çəkilişlər dramaturqun öz adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında edilib.

Filmin quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayeva, ssenari müəllifi isə Seymur Şahbazzadədir.

“Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

Film “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən çəkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31