manera.az
manera.az

Xalq yazıçısı Əzizə Cəfərzadənin xatirəsi anılıb

📅 05.09.2023 14:35

Xalq yazıçısı Əzizə Cəfərzadənin xatirəsi anılıb
Sentyabrın 4-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, professor, ədəbiyyatşünas, ictimai xadim, xeyriyyəçi Əzizə Cəfərzadənin anım günü keçirilib.

MANERA.AZ xəbər verir ki, kitabxananın direktor müavini Günay Həsənova iştirakçılara Ə.Cəfərzadənin yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa məlumat verib.

Tədbirdə yazıçının oğlu, əsərlərinin naşiri Turan İbrahimov bu cür diqqət və qayğıya görə tədbir təşkilatçılarına, həmçinin iştirakçılara təşəkkürünü bildirib.

Sonda Əzizə Cəfərzadənin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Qeyd edək ki, Xalq yazıçısının anım günü Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Xalq yazıçısı Əzizə Cəfərzadənin xatirəsi anılıb


Baxış sayı - 392 | Yüklənmə tarixi: 05.09.2023 14:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930