manera.az
manera.az

Aytmatovun Bakıdakı abidəsini bu heykəltəraş hazırlayacaq

📅 12.08.2023 07:54

Aytmatovun Bakıdakı abidəsini bu heykəltəraş hazırlayacaq
Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə elan olunmuş heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub.

Mədəniyyət Nazirliyindən MANERA.AZ-a verilən məlumata görə, müsabiqəyə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.

Müsabiqədə Natiq Əliyev birinci, Nurəli Şahbazov ikinci, İlqar Ağaşov isə üçüncü yerə layiq görülüb.

Xatırladaq ki, heykəltəraşlıq müsabiqəsi Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdu.


Baxış sayı - 484 | Yüklənmə tarixi: 12.08.2023 07:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031