manera.az
manera.az

Tarixçi alim Kərəm Məmmədov vəfat etdi

📅 10.06.2023 11:30

Tarixçi alim Kərəm Məmmədov vəfat etdi
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Arxeologiya və etnoqrafiya” kafedrasının müdiri, dosent Kərəm Məmmədov vəfat edib.

MANERA.AZ xəbər verir ki, iyunun 10-da gecə saatlarında alimin vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.

Kərəm Məmmədov 1995-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışırdı, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edirdi.

"Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir.

1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapıb.

2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Arxeologiya və etnoqrafiya" kafedrasının müdiri vəzifəsinə seçilmişdi. Elə həmin ildə "Əməkdar müəllim" adını alıb.

Allah rəhmət eləsin!


Baxış sayı - 430 | Yüklənmə tarixi: 10.06.2023 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930