manera.az
manera.az

Rus Dram Teatrı Şəkidə tamaşa nümayiş etdirəcək

📅 24.05.2023 11:36

Rus Dram Teatrı Şəkidə tamaşa nümayiş etdirəcək
Rus Dram Teatrının kollektivi Şəkidə teatrsevərlərin qarşısında çıxış edəcək.

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib.

Nazirlikdən MANERA.AZ-a bildirilib ki, qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki Dövlət Dram Teatrının qonağı olacaq.

Rus Dram Teatrı şəkili teatrsevərlərə mayın 29-da Anarın “Mən, sən, o və telefon”, mayın 30-da isə “Sehrli karusel” tamaşasını nümayiş etdirəcək.


Baxış sayı - 551 | Yüklənmə tarixi: 24.05.2023 11:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930