manera.az
manera.az

İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək

📅 10.05.2023 07:11

İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək
27 may – 4 iyun tarixlərində İçərişəhərdə V Milli Kitab Sərgisi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi və müstəqil nəşriyyatların iştirakı ilə keçirilən sərgi Qoşa Qala qapısından Həsən bəy Zərdabi heykəlinə qədər olan geniş meydanı əhatə edəcək.

Sərgi çərçivəsində təqdimatlar, müzakirələr, panellər, görüşlər və imza günləri keçirmək üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev-muzeyi və Həsən bəy Zərdabi dəhlizi iştirakçıların ixtiyarına veriləcək.

Bəzi tədbirlər isə qədim şəhərin müxtəlif məkanlarında, açıq havada keçiriləcək.

Oxucular kitabları müxtəlif endirimlərlə əldə etmək imkanı qazanacaqlar.

Sərgidə tanınmış xarici yazıçıların da iştirakı gözlənilir.


Baxış sayı - 527 | Yüklənmə tarixi: 10.05.2023 07:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930