manera.az
manera.az

"Azdrama"ya direktor əvəzi təyin olundu

"Azdrama"ya direktor əvəzi təyin olundu
Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.

MANERA.AZ xəbər verir ki, teatrın direktorunun əmək funksiyalarının icrası Əməkdar mədəniyyət işçisi İlham Əsgərova həvalə olunub.

Qeyd edək ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. O, 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində, 2018-ci ildən isə teatrın yaradıcı işlər üzrə direktor müavini vəzifəsində çalışır.

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib.

"Azdrama"ya direktor əvəzi təyin olundu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930