manera.az
manera.az

Rövşən Yerfinin yeni kitabı çap olunub

📅 03.04.2023 19:45

Rövşən Yerfinin yeni kitabı çap olunub
Yazıçı-publisist Rövşən Yerfinin “Məhbəs” adlı yeni ikinci kitabı “Mücrü” nəşriyyatı tərəfindən çap olunub.

MANERA.AZ xəbər verir ki, "Məhbəs nəsri" seriyasından olan kitabda təqdim edilən “Residivist”, “Qazamat sanitarları” povestləri, “Qanunda olmayan dövlət” oçerki, “Həbsxana bənövşəsi”, “Sanitarlar” pyesləri, esse və hekayələr həbsxana həyatından bəhs edir.

Nəşrdəki anonsda qeyd olunur ki, əsərlər Azərbaycanda müxtəlif rejimli cəzaçəkmə müəssisələrində rejim, tərbiyə işi sahələri üzrə böyük inspektor vəzifəsində ədliyyə mayoru rütbəsinədək xidmət etmiş əməkdaş tərəfindən qələmə alınıb.

Ötən il çap olunmuş birinci kitab “Üzdəniraq ada” romanı və ”Qadın türməsi” povestindən ibarətdir.


Baxış sayı - 654 | Yüklənmə tarixi: 03.04.2023 19:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031