manera.az
manera.az

Elçin Hüseynbəylinin yeni hekayələr kitabı çap olunub

📅 21.01.2022 09:40

Elçin Hüseynbəylinin yeni hekayələr kitabı çap olunub
Tanınmış yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin "O gözəllər ki vardı..." hekayələr kitabı çap olunub.

MANERA.AZ xəbər verir ki, kitaba on altı hekayə daxildir. "Ulduz" jurnalı ilə "Mücrü" nəşriyyatının birgə layihəsi olan kitab "Qaraçuxanın bəyaz edelveysi" adlı müsahibə ilə başlayır. “Ön söz” əvəzi yerinə verilən müsahibəni cavan şair Taleh Mənsur "Ulduz" jurnalının "Yazı masası" rubrikası üçün hazırlayıb.

Layihənin rəhbəri şair Qulu Ağsəs, redaktoru Dürdanə İbrahimova-Hüseynbəyli, dizayn və qrafikanın müəllifi Fərid İlhamdır.

“Mücrü” nəşriyyatı hesab edir ki, bu, “hamının oxumaq istədiyi kitab”dır. Kitabı Bakıdakı kitab mağazalarından əldə etmək olar.


Baxış sayı - 874 | Yüklənmə tarixi: 21.01.2022 09:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930