manera.az
manera.az

Rövşən Yerfidən yeni kitab - Foto

📅 28.04.2022 18:31

Rövşən Yerfidən yeni kitab - Foto
Yazıçı Rövşən Yerfinin “Məhbəs” adlı yeni kitabı çap olunub.

“Məhbəs” – bir nakam sevginin kişi, həm də qadın həbsxanasındakı iztirabları və faciəli sonluğundan danışan kitabdır.

Kitaba daxil olan “Üzdəniraq ada” romanı ilə “Qadın türməsi” povesti müstəqillik illərinin başlanğıc dövründə cəzaçəkmə müəssisələrinin həyatından bəhs etməklə Azərbaycan ədəbiyyatında xidmət əməkdaşı tərəfindən yazılan ilk nümunələrdir.

Kitabın ön səhifəsində müəllif məramını belə açıqlayır: “Biri o birinin ardı olan bu əsərləri yazmaqda tək məqsədim – məhbəsi olduğu kimi göstərib, yeniyetmələri oradakı həyatdan iyrəndirməkdir...”

Kitabı almaq istəyənlər Bookzone, Kitabıstan, Libraf kitab mağazalarından soruşa bilərlər.

Rövşən Yerfidən yeni kitab - Foto


Baxış sayı - 827 | Yüklənmə tarixi: 28.04.2022 18:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031