manera.az
manera.az

Elm, Elm adamı, Cəmiyyət |Şəhla Aslan yazır

Elm, Elm adamı, Cəmiyyət |Şəhla Aslan yazır

Elm bu gün dünyada ən çox istifadə edilən anlayışlardan biridir. Müasir həyatın ən güclü istinad nöqtəsi elmdir. Elm həmişə insanın özü, yaşadığı kainat və cəmiyyət haqqında həqiqətə çatmaq cəhdi kimi mövcud olmuşdur. Bu baxımdan elm bütün cəmiyyətlərdə mövcud olan bir fəaliyyətdir.

Elm həm də, xüsusi bir #intizamdır. Bunun müəyyən bir üsulu var. Elmlə ciddi şəkildə məşğul olmaq mütərəqqi bir fəaliyyətdir. Elm insan həyatına təsir edir. Elm adamları (ya da bilim insanları) xarici aləmdəki hadisələri tədqiq edir, onun baş vermə şəraitini qiymətləndirir, onlar arasında səbəb-nəticə əlaqəsini tapıb proqnozlaşdırmağa çalışırlar. Onlar bu münasibətləri ümumbəşəri ifadələrlə ifadə edirlər. Bu mənada elmi araşdırma da, xüsusi nizam-intizam tələb edir; burada ciddi qaydalar mövcuddur. Elm adamları bu qaydalar çərçivəsində təbiətə üz tuturlar.

Elm adamı bir problemə fokuslanıb, mümkün həll yollarını nəzərdən keçirir, eksperimental üsulla yeni həllər istehsal edirlər. Elm adamı araşdıran insandır. O, xarici aləmi tədqiq edir; insanın, kainatın mənşəyini araşdırır. Problemlərin nəzəri həlli yollarını göstərir; əvvəlki həll yollarını yoxlayır, bu yollar kifayət etmirsə, yeni həll yolları təqdim edir. Bəzən özünün təqdim etdiyi həll yollarını da yetərli hesab etmir. Araşdırmalarını davam etdirir; Təkrar-təkrar yeni mövzu ətrafında tədqiqatlar aparır, həll yolları axtarırlar. Əsl elm adamı insanı səbrlidir. O, bəzən bütün həyatını bir mövzuda araşdırmalara sərf edir, tükənməz enerji və öyrənmək istəyi ilə problemləri həll etməyə çalışır. Sözsüz, #maraq və #səbr elm adamının ən vacib cəhətləridir.

Elmlə ciddi şəkildə məşğul olanlar böyük insanlardır; Onlar fikirləri, ixtiraları ilə cəmiyyəti dəyişmək gücünə malik olurlar, insanlığı bir addım daha önə aparırlar.

Məlumdur ki, insana xas ehtiyaclarla aparılan elmi araşdırmalar insan həyatı üçün daha yaxşı yaşayış şəraiti təmin etmək üçün irəliləyir. Lakin elmin digər hərəkətverici qüvvəsi #maraqdır. Elm adamları daim sorğu-sual edir, ona görə də, tədqiqat predmetinə təbiəti və insanları daxil edirlər. Elm adamlarının yetişdirilmə məqsədi də elə budur. Elm adamlarına əvvəlcə suallar vermək, problemlər üzərində dərindəm düşünmək öyrədilir. Digər tərəfdən, elm adamlarının yetişmə şərtlərini təkcə elm və ya onun araşdırma, öyrənmə marağı deyil, həm də #cəmiyyət formalaşdırır.
Sözsüz, ciddi elm adamlarının meydana çıxmasında və yetişməsində ilk növbədə cəmiyyətin elmə verdiyi dəyər və cəmiyyətin yeni bilgilərə hazır olması böyük əhəmiyyət kəsb edir. Əminliklə söyləmək olar ki, elm adamlarını həm də, cəmiyyət yetişdirir. Cəmiyyətin şəraiti kafi deyilsə, orada böyük elm adamının meydana çıxması çox çətindir.

Elmi təfəkkür və tədqiqat metodlarının tətbiqi cəmiyyətləri innovativ edir. İnsanlar elmi təfəkkürün olmamasından başqa millətlərdən geri qalırlar. Elm bəşəriyyəti maarifləndirən, ona bu yolda bilik və söz sahibi olmağı təmin edən ən mühüm ünsürdür. Elmin məqsədi də, insan həyatını asanlaşdırmaq və dünyanı daha yaşana bilən etməkdir. Əlbəttə ki, buna nail ola bilən cəmiyyətlər dünyanın aparıcı cəmiyyətləri olacaqlar.

Şəhla Aslan,
Təhsil araşdırmaları üzrə doktorant
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930