manera.az
manera.az

Kainatımızın sonu varmı?/ MANERA.AZ

Kainatımızın  sonu varmı?/ MANERA.AZ


Kainat nə qədər böyükdür? Elm adamları, hələ tam bir rəqəm verə bilmir. Texnologiyanın inkişafı sayəsində astronomlar, Böyük Partlayışdan sonra meydana gələn hadisələri daha dərindən araşdırma fürsəti tapa bildi. Ancaq bu, kainat ilə əlaqədar hər məlumata sahib olduğumuz mənasını vermir. Kainatın sonsuzluğu, şəkili və genişliyi kimi dəyişik səbəblərə görə qiymətləndirilir.


Bəs kainat nə qədər böyükdür?

Elm adamları, hələ tam bir rəqəm verə bilmir.Astronomlar kainatın yaşının 13,8 milyard olaraq hesablayır. İşıq sürəti və məsafə arasındakı əlaqəyə görə yalnız dünyadan 13,8 milyard işıq ili uzaqlıqdakı məsafə müşahidə edilir. Yəni, okean ortasındakı bir gəmidən necə yalnızca müəyyən məsafələr müşahidə edilirsə, astronomlar da teleskopları ilə ancaq dünyadan 13,8 milyard işıq ili uzaqlığı müşahidə edə bilir.

Dünyanın harasından müşahidə edilir edilsin, dünya radius olaraq qəbul edildiyi üçün hər nöqtədən ancaq 13,8 milyard işıq ili məsafə müşahidə edilir.

"Müşahidə edilən" sözünün istifadə edilməsindən də aydın olduğu kimi, daha uzaq məsafələrin müşahidə edilməməsi orda bir şey olmadığı mənasını verməz; yalnızca müşahidə edə bilmədiyimiz üçün bilmirik. Müşahidə edilən kürə çap olaraq 28 milyard işıq ili məsafədə görünsə də, əslində daha böyükdür.

Elm adamları kainatın genişlədiyini bilir. Elm adamları Böyük Partlayış əsnasında dünyadan 13,8 milyard işıq ili uzaqlıqdakı bir nöqtəni müşahidə edərkən, bu gün eyni nöqtə 46 milyard işıq ili uzaqlıqdadır. Bu da müşahidə diametrinin 92 milyard işıq ili məsafə olduğunu sübut edir.

Dünyanı kainatın mərkəzi kimi düşünərək müşahidə edilən sahənin müəyyən edilməsi, insanlığı kainatın mərkəzinə qoymaq kimi görünə bilər. Okeandakı gəmidən quru sahənin görünməməsi o gəminin okeanın tam ortasında olduğu mənasını vermir. Bu nümunədə olduğu kimi kainatın kənarını görə bilməməyimiz Kainatın mərkəzində olduğumuz mənasını verməz.

Kainatın böyüklüyü, böyük nisbətdə onun şəkliylə əlaqələndirilir. Elm adamları, kainatın şəklinin bağlı (sonlu) və qlobal, açıq (sonsuz) və yəhər şəklində ya da kağız kimi düz və sonsuz olduğunu təxmin edir. Sonlu bir kainatın böyüklüyü sonlu olduğuna görə ölçmək olar.

Eyni vəziyyət bağlı, qlobal kainat üçün də etibarlıdır. Ancaq sonsuz kainatı ölçmək mümkün deyil. Çünki sonsuzu ifadə edən bir ölçü mövcud deyil.

NASA 2013-ci ildə kainatın 0,4 səhvliklə düz olduğunu eşitdirdi. Düz bir kainat isə sonsuz bir kainat deməkdir. Sonsuz kainatın böyüklüyü isə sonsuzdur.

Taryel Abdullayev
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031