manera.az
manera.az

Müəllimlərin işə qəbul imtahanında DƏYİŞİKLİK

📅 23.02.2023 09:55

Müəllimlərin işə qəbul imtahanında DƏYİŞİKLİK
“Yaxın zamanlarda müəllimlərin işə qəbulu imtahanlarının tarixləri barədə məlumat veriləcək”.

MANERA.AZ xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O qeyd edib ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində müəyyən dəyişikliklər edilib:

“Əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib”.

İnstitut rəsmisi əlavə edib ki, sualların çətin olması tək ibtidai təhsil səviyyəsində deyil bütün səviyyə üçün keçərlidir: “Hər bir qiymtələndirmə özünə uyğun çərçivədə çətinlik dərəcəsi də fərqlidir. MİQ imtahanının çətin olması rəqabətliliyin artması üçün önəmlidir”. /report.az/


Baxış sayı - 317 | Yüklənmə tarixi: 23.02.2023 09:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930