manera.az
manera.az

Müəllimlərin sertifikasiyasına başlanılır

Müəllimlərin sertifikasiyasına başlanılır
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı məlumat açıqlanıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən MANERA.AZ-a bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.

"Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər" - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq. Növbəti mərhələdə isə buraxılış fənn müəllimlərinin sertifikatlaşdırılmasına başlanılacağı gözlənilir.


Baxış sayı - 624 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728