manera.az
manera.az

Neftçalada şair Soltan Abbasın yubileyi qeyd edilib - Foto

Neftçalada şair Soltan Abbasın yubileyi qeyd edilib - Foto
Neftçala rayonunda şair Soltan Abbasın 90 illik yubileyi qeyd olunub.

MANERA.AZ xəbər verir ki, yubiley tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, şair və yazıçılar iştirak edib.

Yubileydə çıxış edən icra başçısı Soltan Abbası yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, şairin bundan sonraki yaradıcılığında uğurlar arzulayıb və Soltan Abbasın özünəməxsus yaradıcılıq yolunun olmasını vurğulayıb.

Yubileydə Neftçala RİH başçısı və Azərbaycan Yazılar Birliyi tərəfindən şairə Fəxri Fərman, xatirə hədiyyələri təqdim olunub.
Neftçalada şair Soltan Abbasın yubileyi qeyd edilib - Foto
Qeyd edək ki, S.Abbasov 7 yanvar 1933-cü ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olub. O, 1960-cı illərdən yaradıcılığa başlayıb. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar- ömür yolum”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər” və digər əsərlərin müəllifir.

qafqazinfoБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829